Müasir və kompakt dizayna malik dəhliz mebeli interyerinizə səliqəli və funksional görünüş bəxş edir. Açıq ağac tonu və ağ rəngin harmoniyası məkanı daha işıqlı və zövqlü göstərir. Model güzgü, asılqan hissə, iki çekmece və aşağı hissədə geniş ayaqqabı dolabı ilə təchiz olunub. Oturacaq hissəsi ayaqqabı geyinib-çıxarmağı daha rahat edir. Kiçik və orta ölçülü dəhlizlər üçün ideal seçimdir.